Məktəb direktoru və müavinləri də sertifikatlaşdırma prosesindən keçməlidirlər.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
 
Nazir bildirib ki, hazırkı vəziyyətdə məktəb direktoru və müavinlərinin yüksək nəticə göstərən müəllimlərin arasından seçilməsi nəzərdə tutulur.