Sertfikatlaşdırma prosesi ilə bağlı apellyasiya müraciətləri zamanı ciddi bir narazılıq aşkarlanmayıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə söyləyib.
 
O bildirib ki, hansısa bir şəkildə balların artırılması ilə bağlı müraciətlər olurdu və belə bir şey də mümkün deyil:
 
"Müəllim nüfuzunun keşiyində duranlar, ilk növbədə, müəllim olmalıdır. Saxta diplom vermək, biliyi olmayana qiymət yazmaq doğru deyil. Bu təfəkkürlə davam edəndə sonradan problem ortaya çıxır. Belə hallar olmasaydı, biz bu vəziyyətə gəlib çıxmayacaqdıq. Çox təəssüf ki, bu gün də əsassız qiymət verilməsi halları ilə rastlaşırıq". 
 
Nazir həmçinin qeyd edib ki, əmək müqaviləsinə xitam verilənlərin əmək bazarında alternativ iş yerləri ilə təmin edilməsi istiqamətində sualları araşdırırıq. Ümumilikdə bu prosesin lehinə olanların sayı əleyhinə olanlardan çoxdur.