Sertifikatlaşdırmada ən zəif nəticə göstərmiş ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat müəllimlərinin bitirdikləri ali və orta ixtisas təhsili müəssisələrinin adları açıqlanıb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, ibtidai siniflər müəllimlərinin sertifikatlaşdırma nəticələrinə görə kəsilən (0-29 bal toplayan) təhsilverənlərin bitirdiyi təhsil müəssisələri aşağıdakılardır:
 
1. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci
2. Ağcabədi Pedaqoji Texnikumu
3. Gəncə Humanitar Kolleci
4. Gəncə şəhəri Təsərrüfat Hesablı Məişət Xidməti Kolleci
5. Astara Pedaqoji Texnikumu
6. Kirovabad Pedaqoji Məktəb
7. Gəncə Sənaye-Pedaqoji Texnikumu
8. Lənkəran Dövlət Humanitar Kolleci
9. Lənkəran Məktəbəqədər Pedaqoji Texnikumu
10. Gəncə Məişət Xidməti Kolleci
 
Həmçinin sertifikatlaşdırmada ən zəif nəticə göstərmiş Azərbaycan dili və ədəbiyyat müəllimlərinin bitirdiyi ali və orta ixtisas təhsili müəssisələrinin siyahısı isə aşağıdakı kimidir:
 
1. Azərbaycan Müəllimlər İnstitutu Gəncə filialı
2. Azərbaycan Müəllimlər İnstitutu Qazax filialı
3. Kirovabad Dövlət İnstitutu
4. Gəncə Dövlət Pedaqoji İnstitutu
5. Təfəkkür Unuversiteti
6. Azərbaycan Dövlət Pedaqoji İnstitutu
7. Azərbaycan İctimai-Siyasi Universiteti
8. Bakı Ali Pedaqoji Qızlar Seminariyası
9. Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialı
10. Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutu