Azərbaycanda "Sabah city" texnoparkı yaradılacaq.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "SABAH HUB" İnnovasiya Mərkəzinin direktoru Rəhim Bayramlı deyib.
 
O bildirib ki, "Sabah city" Elm və Təhsil Nazirliyi ilə birlikdə aparılan layihədir:
 
"Ekosistemin inkişafı üçün tələbələri bir yerdə cəmləmək və tədqiqatlar aparmaq istəyirik. Yaxın iki il ərzində "Sabah city" İnnovasiya Mərkəzinin yaradılmasını düşünürük".
 
O, həmçinin qeyd edib ki, 25 milyon dollarlıq sabah fondu yaradılacaq: "Fondun məqsədi Azərbaycanda və Cənubi Qafqazda, Mərkəzi Asiyada startapları yatırımlarla təmin etməkdir. Düşünürük ki, bu, 100-500 min dollar civarında yatırımlar olacaq. Yaxın dörd il ərzində bölgədə 50-60 startapa investisiya yatırmağı düşünürük".