Bu il ilk dəfə olaraq ilkin rəqəmsal bacarıqlar tədrisi alan şagirdlərin buraxılışı həyata keçiriləcək. Bu layihə şagirdlərə məktəb səviyyəsində rəqəmsal kompetensiyalarla tanış olmağa kömək edir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev "Baku ID" festivalı çərçivəsində keçirilən paneldə çıxışı zamanı qeyd edib.
 
Onun sözlərinə görə, bu il layihədən məzun olan şagirdlərin sayı 70-dən bir qədər artıq olacaq, lakin növbəti illərdə bu sayın 20-30 minə çatdırılması planlaşdırılır. 
 
Nazir həmçinin əlavə edib ki, "Rəqəmsal bacarıqlar" layihəsinin məzunları yaşıdlarından fərqli olaraq startap kimi mövzulara daha yaxşı hakim olaraq tələbə həyatına başlayacaqlar. Bu, Azərbaycan təhsili üçün önəmli yenilikdir.