Sertifikatlaşdırma Şurasının İclasının yekun nəticələri Elm və Təhsil Nazirliyinə təqdim edilib.
 
"Azərbaycan müəllimi” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib. 
 
Onun sözlərinə görə, Sertifikatlaşdırma Şurasının bu gün keçirilən iclasında nəticələr təhlil edilib. Müzakirələrdən sonra nəticələr Elm və Təhsil Nazirliyinə təqdim olunub: 
 
“Nəticələrə müvafiq olaraq bildirmək istərdik ki, 3909 müəllim sertifikatlaşdırma prosesində ikinci cəhddə də müəyyənləşdirilmiş minimum tələbi, yəni 30 ballıq tələbi ödəyə bilməyib. 402 müəlim  təkrar sertifikatlaşdırmaya dəvət olunduğu halda, prosesdə iştirak etməyib. 4 müəllimin nəticəsi isə imtahan prosesində yol verdiyi qayda pozuntusuna görə Sertifikatlaşdırma Şurası tərəfindən ləğv edilib”.