23 iyun 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) ikinci cəhdi keçirilib. 
 
"Azərbaycan müəllimi" xəbər verir ki, imtahanın keçirilməsi üçün 6 bina, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 119 nəzarətçi, 18 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.
 
İyunun 24-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.
 
İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.