Bu tədris ilindən əməkhaqqısına əlavə alan müəllimlərin sayının 55 000-ə çatması proqnozlaşdırılır.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentiliyinin direktoru Eşqi Bağırov deyib.
 
O bildirib ki, yeni tədris ilindən təhsilverənlərin əməkhaqqısı sertifikatlaşdırmanın nəticələrinə uyğun olaraq müvafiq artımla hesablanacaq.
 
"Azərbaycan dili və ədəbiyyat müəllimlərinin 95 faizi, ibtidai sinif müəllimlərinin isə 86 faizi sertifikasiya prosesindən uğurla keçib. Bu, imtahanı uğurla keçməyən müəllimlərin ümumi sayından dəfələrlə çoxdur. Sertikatlaşdırmadan 50-dən çox bal toplayan müəllimlərimizin sayı da uğurlu nəticə göstərməyən müəllimlərimizin sayından çoxdur. Bu günə kimi sertifikatlaşdırma prosesində iştirak etmiş 35 000-dən çox müəllimin əməkhaqqısı artırılıb".