"Azərbaycan məktəbi" jurnalı 707-ci sayı təqdim olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, jurnalın 2024-cü il üçün 2-ci sayı işıq üzü görüb. Baş redaktor Arzu Soltan oxuculara müraciətində 100 yaşlı “Azərbaycan məktəbi” jurnalının öz səhifələrində artıq Qarabağ Universitetindən gələn məqalələrə də yer verə biləcəyini vurğulayıb.
Jurnalın bu sayında Fərrux Rüstəmov, Müseyib İlyasov, Misir Mərdanov, Elçin Əliyev, Ramin Rzayev, Əbülfət Rəhmanov, Xanmurad Abdullayev, Günel Kərimova, Günay Hacızadə, Nigar Muradova, Elçin Qaliboğlu, Məlahət Əsgərova, Rza Məmmədov, Könül İsgəndərova və Yaqub Babayevin məqalələri nəşr olunub.
Qeyd edək ki, 100 illik tarixə malik jurnalın səhifələrində dərc olunan və bu nömrədə oxuculara yenidən təqdim edilən məqalə isə Məmmədəli Məhərrəmovun “Şagirdi öyrənmək və ona pedaqoji xarakteristika tərtib etmək haqqında”dır.
Jurnalın yeni sayı ilə buradan tanış ola bilərsiniz: