2023-2024-cü tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə  imtahan və müsahibələrdə uğur qazanmış 130 nəfər müxtəlif vəzifələrə işə təyin edilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, 2023-2024-cü tədris ili ərzində BŞTİ tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə  imtahan və müsahibələrdə uğur qazanmış 42 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini, 14 nəfər uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, 4 nəfər psixoloq, 34 nəfər laborant, 4 nəfər kitabxanaçı, 2 nəfər kitabxana müdiri, 6 nəfər uşaq birliyi təşkilatı rəhbəri, 20 nəfər çağırışaqədərki hazırlıq rəhbəri və 4 nəfər təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə işə təyin edilib.