2023-2024-cü tədris ilində paytaxt üzrə 108 şagird fərdi təhsilə cəlb olunub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, idarənin tabeliyindəki 179 təhsil müəssisəsində 416 fərdi qrup üzrə 595 şagird təhsil alır.
 
Fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır.