Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva şimal-qərb bölgəsinə səfəri çərçivəsində Şəki rayonunda bir sıra təhsil müəssisələrində olub. 

Bu barədə "Azərbaycan müəllimi"nə agentlikdən məlumat verilib.
 
Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziya və Rasim Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagird-müəllim kollektivi ilə görüşən direktor müavini tədris prosesini izləyib, təhsil müəssisəsində yaradılan şəraitlə tanış olaraq pedaqoji kollektivə öz tövsiyələrini verib.