Bu gün ölkədə sertifiktlaşmadan yüksək balla keçən müəllimin orta aylıq əməkhaqqı 1300 manatdır.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
 
O bildirib ki, belə müəllimlərin sayı səkkiz minə yaxındır. Bu il keçiriləcək sertifikatlaşma imtahanı nəticələrinə görə yeni tədris ilində 20 mindən çox şəxsin müəllim sırasına qoşulması nəzərdə tutulur.
 
E.Bağırov xatırladıb ki, iyunun 8-də səkkiz minə yaxın müəllim təkrar sertifikatlaşma imtahanına cəlb olunacaq: "Son 6 ay ərzində onlar üçün inkişafetdirici təlimlər keçirilib. Böyük əksəriyyətin uğur qazanacağına inanırıq".