ABŞ-də keçirilmiş Beynəlxalq Elm və Mühəndislik Yarışmasında (ISEF) uğur qazanan Dünya Məktəbinin şagirdləri ilə görüş keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev və Əməkdar Müəllim, təcrübəli pedaqoq Asif Cahangirov da iştirak edib.
Fuad Qarayev məktəbdəki tədris prosesi ilə maraqlanıb, şagirdlərə nailiyyətlər arzulayıb.
Qonaqlar həmçinin şagirdlərin "Sabahın Alimləri" Respublika Müsabiqəsindəki uğurlarından da söz açıb, gələcəkdə ölkəmiz adına böyük işlər görəcəklərinə inandıqlarını ifadə ediblər.
Qeyd edək ki, 11–17 may tarixlərində Kaliforniya şəhərində keçirilən yarışmada Xəzər Universitetinin Dünya məktəbinin X sinif şagirdləri Səid Aslanov və İbrahim Allahverdiyev “Biotibb və sağlamlıq elmləri” kateqoriyası üzrə bürünc medal əldə ediblər. Bundan başqa, həmin məktəbin X sinif şagirdi Nicat Tağızadə və 132-134 nömrəli təhsil kompleksinin X sinif şagirdi Xəzər Hüseynov “Robotika” kateqoriyası üzrə xüsusi mükafata layiq görülüblər.