UNEC nəzdində Sosial-İqtisad Kollecinin direktoru Vidadi Orucov və UNEC nəzdində Qida Sənayesi Kollecinin direktoru Vilayət İsmayılovla imzalanmış əmək müqaviləsinə xitam verilib.
Bu barədə "Azərbaycan müəllimi"nə Azərbaycan Dövlət İqtisad Universitetindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin "b" bəndinə əsasən, (əmək müqaviləsinin müddətinin qurtarması) sözügedən kolleclərin direktorları vəzifələrindən azad edilib.
UNEC rektoru professor Ədalət Muradov V.Orucov və V.İsmayılovla görüşüb, onlara gələcək fəaliyyətlərində və həyatlarında uğurlar arzulayıb.