Məlum olduğu kimi müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində 10 sual metodika və pedaqogika üzrə olacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, Təhsil İnstitutunun "Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsi"nə əsasən test imtahanında hüquqi savadlılıq mövzusuna dair 1, metodiki səriştəlilik mövzusu üzrə 5, pedaqoji və psixoloji yanaşmalar mövzusuna dair isə 4 sual salınacaq.
Məzmun sahələri üzrə mövzuları təqdim edirik:
Hüquqi savadlılıq
• Təhsil qanunu, 12,13, 17-ci maddələr
• Ümumi təhsil haqqında Azərbaycan Respublikasının qanunu, 9, 11, 13, 21, 22, 23, 24, 27, 28-ci maddələr
• Fənn kurikulumlarına aid əsas terminlərin təsviri (məzmun xətləri, məzmun standartları, inteqrasiya və s.)
• Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları (ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər, şəxsiyyətyönümlü təhsil, inklüziv təhsil və s.)
• “Müəllimlərin etik davranış Qaydaları”
Metodiki səriştəlilik
2.1. Təlimdə öyrətmə və öyrənmə prosesinin təşkili
• XXI əsr bacarıqları və kompetensiyaları (problem həlletmə, qərarvermə və s.)
• Təfəkkürün növləri (məntiqi, tənqidi, yaradıcı, abstrakt, analitik və s. )
• Metakoqnitiv bacarıqların formalaşdırılması
• Bilik, fəaliyyət və onların növləri haqqında ümumi məlumat. Tapşırıqların hazırlanmasında bilik və fəaliyyət növlərinin tətbiqi
• B. Blumun “İdrak taksonomiyası” və təlimdə tətbiqi
• Psixomotor və emosional-affektiv taksonomiyalar və təlimdə tətbiqi
• İllik və gündəlik planlaşdırma (təlim nəticələri, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi və s.)
• Şagirdyönümlü (interaktiv) təlimin təşkili: dərsə cəlbolunma (motivasiya), sual-cavab və müzakirələrin təşkili, əməkdaşlıq, refleksiya və s.)
• Müəllimin fasilitasiya bacarığı
• Təlimin forma və modelləri (birbaşa, layihə əsaslı (PBL), oyunəsaslı, problem əsaslı, araşdırma, sorğu əsaslı, sinxron və asinxron və s.)
• Təlim strategiyaları. Texnika və üsullar. (BİBÖ, Klaster, Anlayışın çıxarılması, Beyin həmləsi, Ziqzaq, 3-2-1, Karusel, Sinektika, Debat, İnsert, Simulyasiya və rollu oyunlar, Frayer modeli, Venn diaqramı, Auksion, Qərarlar ağacı, Qar topası, Sinkveyn, Proqnozlaşdırma, Müzakirə üsulları (Müzakirə xəritəsi, Akvarium, Sokrat dialoqu), Əşyaların qeyri-adi istifadəsi, Cisim və hadisələrə müxtəlif nöqteyi-nəzərdən baxılması, İnsident üzərində iş, Nə olardı əgər? Mən kiməm?, 4N1KH, Qızıl dairə, Blum kubu, Debat, Sinif küncləri, Düşün-çütləşbölüş)
• Şagirdyönümlü (interaktiv) təlimdə iş formaları
• İnklüziv təhsil
Təlimdə diferensial yanaşma
• Öyrənmə tərzləri
2.2. Qiymətləndirmə (ölçmə və dəyərləndirmə)
• Qiymətləndirmənin növləri (məktəbdaxili, milli, beynəlxalq)
• Məktəbdaxili qiymətləndirmənin növləri (diaqnostik, formativ, summativ (kiçik, böyük)
• Qiymətləndirmə meyarları
• Formativ qiymətləndirmənin təşkili. Rubriklərin növləri.
Effektiv əks-əlaqə (konstruktiv, yekunlaşdırıcı və s.)
• Beynəlxalq qiymətləndirmə (TİMS, PİRSL, PİSA və s.)
Pedaqoji və psixoloji yanaşmalar
3.1. Pedaqoji və psixoloji nəzəriyyələr
• H. Qardner “Çoxnövlü zəka” nəzəriyyəsi
• J. Piaje “Zehni inkişafın mərhələləri” nəzəriyyəsi
• L.Vıqotski “Sosial inkişaf ” nəzəriyyəsi. “Yaxın inkişaf zonası” anlayışı
• K. Dvek “Düşüncə tərzi” nəzəriyyəsi
• L. Kolberq “Mənəvi inkişaf” nəzəriyyəsi
• R. Qanye “Öyrənmənin şərtləri” nəzəriyyəsi
• D. Qoulman “Emosional zəka” nəzəriyyəsi
• K.Yunq “İntrovert və ekstravert şəxsiyyət”
• Şəxsiyyətin formalaşdırılması və inkişafı. Şəxsiyyətin formalaşdırılması və inkişafında məktəbin və müəllimlərin rolu.
3.2. Sinifdə sağlam psixo-sosial mühitin yaradılması
• Sosial-emosional öyrənmə
• Təlim prosesində səmərəli öyrənmə mühitinin qurulmasının tələbləri və üstünlükləri. Təhlükəsiz öyrənmə mühiti
• Sinfin idarəedilməsi mexanizmləri və strategiyalar (buzqıranlar)
• Sinif otağının öyrətmə və öyrənmə mühitində funksiyası
• Effektiv müəllim-şagird, müəllim-valideyn münasibətləri
• Şagird davranışının idarəolunması
• Qısnama (bullinq)
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinə aid qeydlər:
1. Test imtahanında bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə namizədlərin bilik və bacarıqları həm nəzəri, həm də praktik şəkildə yoxlanılır.
2. Bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə namizədlərin tətbiqetmə, təhliletmə, problem həlletmə və s. bacarıqları praktik və situativ suallarla ölçülür.
3. Bütün fənlər, həmçinin metodika və pedaqogika üzrə sualların çətinlik dərəcəsi 3 səviyyədə müəyyənləşdirilir.
4. Test imtahanında bütün fənlər üzrə ümumi təhsil müəssisələrində istifadə olunan dərsliklərə istinad olunur. (Təqdim olunan mövzular daha çox diqqət yetirilməli olanlardır).
5. Azərbaycan dili (tədris dili və dövlət dili) fənləri üzrə Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan dilinin orfoepiya normaları”nın təsdiq edilməsi haqqında 18 iyun 2021-ci il tarixli 175 №li qərarında ae, ea, eə, əa, eo, üa, üə, au, ua, ue, uə yanaşı saitlərinin işləndiyi sözlərin və tərkibində ov, öv hərf birləşmələri olan sözlərin tələffüzü ilə bağlı yeni qaydalar mövcud dərslikdə əksini tapmadığından bu yeni qaydaların tapşırıq predmeti olması hələlik nəzərdə tutulmur.
6. Tədris dilləri (Azərbaycan və rus), Azərbaycan dili (dövlət dili) xarici dil (ingilis, fransız, rus, alman) fənləri üzrə oxuyub-anlama bacarığının qarşısında qeyd edilən say mətnlərin miqdarını deyil, sualların miqdarını əks etdirir.
7. Ədəbiyyat fənni (hər iki bölmədə) üzrə mətn əsasında tapşırıqların verilməsi nəzərdə tutulur.
8. Ədəbiyyat fənni üzrə (hər iki bölmədə) verilmiş əsərlərin (əsasən X-XI siniflərdə keçilən) tam versiyasını oxumaq tövsiyə edilir.
9. Metodika və pedaqogika üzrə Azərbaycan dili (dövlət dili) fənni üzrə sualların Azərbaycan dilində, xarici dil (rus dili) fənni üzrə rus dilində verilməsi nəzərdə tutulub.