İyunun 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Böyük akt zalında Nobel mükafatı laureatı, AMEA-nın Fəxri üzvü, ABŞ Şimali Karolina Universitetinin professoru Əziz Sancarla görüşə həsr olunmuş AMEA-nın Ümumi yığıncağının Xüsusi iclası keçirilib.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, 29 noyabr 2023-cü il tarixində AMEA-nın Ümumi yığıncağında professor Əziz Sancar AMEA-nın fəxri üzvü seçilib.
 
Akademik İsa Həbibbəyli AMEA-nın fəxri üzvü diplomunu və medalı Nobel mükafatı laureatı Əziz Sancara təqdim edib. Həmçinin qonağa üzərində Xarıbülbülün təsviri olan xalça hədiyyə edilib.