Mayın 16-dan 31-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 59 226 vətəndaş müraciəti daxil olub.
Müraciətlərin 45 042-si çağrı mərkəzləri, 804-ü sosial media, 5 186-sı "WhatsApp" vasitəsilə, 1 220-si elektron, 1 090-ı yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 5 884 müraciət qeydə alınıb.
Müraciətlər müəllimlərin yerdəyişməsi, eləcə də işə qəbulu, sertifikatlaşdırma, birinci sinfə qəbul, təkrar ali və orta ixtisas təhsili və digər məsələlərlə bağlı olub.