Yeni tədris ilindən əlavə olaraq 68 məktəbdə təmayül siniflərin təşkili nəzərdə tutulur.
 
Bu barədə “Azərbaycan müəlimi” qəzetinə “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin rəhbərini əvəz edən Elşən Ədalətli məlumat verib. Onun sözlərinə görə, əslində tələbat daha böyükdür: “70-ə yaxın məktəbdən peşə təmayüllü sinfin təşkil edilməsi üçün müraciət daxil olunub. Seçim isə layihə tərəfindən təyin olunmuş müəyyən meyarlar əsasında həyata keçirilir. Həmçinin, ölkə prezidentinin qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, 2026-cı ilə qədər ümumi təhsil müəssisələrinin 15 faizində təmayüllü siniflər təşkil edilə bilər”.