Bu il sertifikatlaşdırmaya xarici dil (ingilis dili, rus dili, alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər də cəlb olunacaqlar.
	Bəs, sertifikatlaşdırmanın test mərhələsində suallar hansı mövzulardan salınacaq?
	"Azərbaycan müəllimi" xəbər verir ki, Təhsil İnstitutunun "Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsi"nə əsasən, xarici dil fənləri üzrə 12 sual oxuyub-anlama, 10 sual leksikologiya, 28 sual isə dil qaydaları mövzusundan salınacaq.
	İngilis dilindən məzmun sahələri üzrə mövzular aşağıdakılardır:
	Oxuyub-anlama
	• Mətn və ya cümlə qurmaq
	• Cümləni, dialoqu və ya mətni məntiqi sonluqla
	tamamlamaq
	• Cümləni parafraz etmək
	• Mətnin əsas fikrini, ideyasını tapmaq
	• Mətn əsasında ən uyğun nəticəni seçmək, səbəb-nəticə
	əlaqəsini müəyyən etmək
	• Mətni sürətli gözdən keçirib, spesifik məlumatı tapmaq
	Leksikologiya
	• Sinonimləri, antonimləri, frazeoloji ifadələri, idiomları və atalar sözlərini mənasına uyğun olaraq düzgün müəyyən etmək və ya cümlədə istifadə etmək
	• verilmiş vəziyyət üçün düzgün sözü və ya ifadəni istifadə etmək
	• kontekstdən sözü anlamaq və mənasını müəyyən etmək
	• sözləri mənalarına görə fərqləndirmək və ya uyğunlaşdırmaq
	Dil qaydaları
	Morfologiya: Nitq hissələri
	• İsim. İsimlərin mənalarına görə təsnifi: ümumi və xüsusi isimlər. İsmin əsas qrammatik əlamətləri. İsmin hal və kəmiyyət kateqoriyaları. İsmin ümumi və yiyəlik halları
	• Sifət. Sifətlərin mənalarına görə təsnifi: əsli və nisbi sifətlər. Sifətlərin əsas qrammatik əlamətləri. Əsli sifətlərin dərəcə kateqoriyaları. İsimləşmiş sifətlər
	• Say. Sayın növləri: miqdar, sıra və kəsr sayları
	• Əvəzlik. Əvəzliklərin təsnifi. Who, which, what, whose sözlərinin sual, nisbi və bağlayıcı əvəzlik kimi işlənməsi. Some, any, no, every əvəzlikləri və onların törəmələri. Kəmiyyət bildirən many, much, little, few, a little, a few a lot (of), plenty of və başqa sözlərin işlənməsi
	• Feil. Feillərin təsnifi. Əsas qrammatik əlamətləri. Əsas, köməkçi, bağlayıcı feillər. Feilin xəbər şəkli. Feilin məlum və məchul növü. Zamanların uzlaşması. Modal feillər.
	Modal feillərin ekvivalentləri. Feilin vasitəli şəkli. Feilin şəxssiz formaları. Feili isim. Qısalma və ya reduksiya
	• Zərf. Zərfin növləri, zərf düzəldən suffikslər, zərfin dərəcələri, həm sifət, həm də zərf kimi işlənən sözlərin omonimliyi və dərəcə kateqoriyası
	• Artikl. Qeyri-müəyyənlik və müəyyənlik artiklı, artiklın işlədilməsi və işlədilməməsi qaydaları, artikl və ya artiklsız işlənən ifadələr
	• Sözönü. Sözönüləri, sözönülü ifadələr və onların başqa nitq hissələri ilə omonimliyi
	• Bağlayıcı. Tabeli və tabesiz bağlayıcılar və başqa nitq hissələri ilə omonimliyi 
	• Ədat
	• Modal sözlər
	• Nida
	Sintaksis
	• Cümlə. Sadə (məqsəd və intonasiyaya görə) və mürəkkəb cümlələr (tabeli-tabesiz), aralarındakı sintaktik baxımından quruluş fərqlilikləri.
	• Mübtəda ilə xəbərin uzlaşması
	• Cümlə üzvləri: cümlənin baş və ikinci dərəcəli üzvləri
	• Vasitəsiz və vasitəli nitq
	• Sadə və mürəkkəb cümlələrdə inversiya
	• There formal sözü ilə başlanan cümlələr
	Rus dilindən məzmun sahələri üzrə mövzular:
	Oxuyub-anlama
	• Mətn və ya cümlə qurmaq
	• Cümləni, dialoqu və ya mətni məntiqi sonluqla tamamlamaq
	• Mətnin əsas fikrini, ideyasını, mövzunu tapmaq
	• Mətn əsasında ən uyğun nəticəni seçmək, səbəb-nəticə əlaqəsini müəyyən etmək
	• Mətni sürətli gözdən keçirib, spesifik məlumatı tapmaq
	• Mətni adlandırmaq
	• Mətnə aid olmayan fikirləri tapmaq
	Leksikologiya
	• Sinonimləri, antonimləri, frazeoloji ifadələri, idiomları və atalar sözlərini mənasına uyğun olaraq, düzgün müəyyən etmək və ya cümlədə istifadə etmək
	• Verilmiş vəziyyət üçün düzgün sözü və ya ifadəni istifadə etmək
	• Kontekstdən sözü anlamaq və mənasını müəyyən etmək
	• Sözləri mənalarına görə fərqləndirmək və ya uyğunlaşdırmaq
	• Sözlərin düzgün və məcazi mənada istifadəsi
	Dil qaydaları
	Fonetika
	• Nitqdə buraxılan səhvləri, sözün tələffüzü normaları, vurğu
	Morfologiya
	İsim
	• İsmin cinsi
	• Canlı-cansız isimləri
	• “-мя” ilə bitən isimlər və xüsusi hallanan isimlər
	• “-ь” bitən qadın və kişi cinsinə aid isimlər
	• İsmin tək və cəm forması
	• İsmin halı və kəmiyyəti
	Sifət
	• Keyfiyyət; Aidiyyət; Mənsubiyyət sifətlər
	• Sifətlərin müqayisə dərəcələri (сравнительная и превосходная)
	• Sifətlərin qısa forması
	• Sifətlərin hallanması
	• Sifətlərin ismlərlə cinsdə, sayda və halda uzlaşması
	Say
	• Miqdar və sıra sayları
	• Sayların hallanması
	• Sayları isimlərlə istifadə etməsi
	Əvəzlik
	• Əvəzlik növləri
	• Əvəzliklərin hallanması
	Feil:
	• Feilin məsdər forması
	• Qayıdış feili
	• Feilin təsirliyi
	• Feilin növləri (вид совершенный/несовершенный)
	• Feilin şəkilləri
	• Feilin zamanları
	• Feilin hallanması
	• Feilin “HE” ilə yazılması
	• Feili sifət
	• Feili bağlama
	Zərf:
	• Zərfin növləri
	Köməkçi nitq hissələri
	Qoşma
	Bağlayıcı
	• Tabesizlik və tabelilik bağlayıcı
	Ədatlar
	• Ədatların növləri və istifadəsi
	Nida
	Sintaksis
	• Söz birləşməsi
	• Cümlə üzvləri: Cümlənin baş və ikinci dərəcəli üzvləri
	• Mübtəda
	• Xəbər
	• Təyin (согласованное/несогласованное)
	• Zərflik (məna növləri)
	• Tamamlıq
	• Müxtəsər cümlə
	• Sadə və mürəkkəb cümlə
	• Xitab
	Alman dili üzrə məzmun sahələri üzrə mövzular
	Oxuyub-anlama
	• Mətn və ya dialoq qurmaq
	• Cümləni, dialoqu və ya mətni məntiqi sonluqla tamamlamaq
	• Cümləni parafraz etmək
	• Mətnin əsas fikrini, ideyasını tapmaq
	• Mətn əsasında ən uyğun nəticəni seçmək, səbəb-nəticə əlaqəsini müəyyən etmək
	• Mətni sürətli gözdən keçirib, spesifik məlumatı tapmaq
	• Mətndə müəyyən bir fikrin verilib-verilməməsini təyin etmək (falsch - richtig)
	• Mətnin məzmununa uyğun düzgün başlığı seçə bilmək yaxud başlığa uygun düzgün mətn seçmək.
	Leksikologiya
	• sinonimləri, antonimləri, frazeoloji ifadələri, idiomları və atalar sözlərini mənasına uyğun olaraq düzgün müəyyən etmək və ya cümlədə istifadə etmək
	• verilmiş vəziyyət üçün düzgün sözü və ya ifadəni istifadə etmək
	• kontekstdən sözü anlamaq və mənasını müəyyən etmək
	• sözləri mənalarına görə fərqləndirmək və ya uyğunlaşdırmaq
	Dil qaydaları
	Morfologiya
	Nitq hissələri
	• Artikl: müəyyən və qeyri-müəyyən artikllar; İsimlərin artiklsız işlənməsi.
	• İsim: Mürəkkəb isimlər; İsimlərin hallanması: qüvvətli, zəif, xüsusi; İsimlərin cəmi
	• Sifət: Sifətlərin hallanması (zəif, qüvvətli ,qarışıq); Sifətin dərəcələri, Sifətin idarəsi
	• Əvəzliklər: Şəxs əvəzlikləri; Yiyəlik əvəzlikləri; İşarə əvəzlikləri; Sual əvəzlikləri; Nisbi əvəzliklər; Qeyrimüəyyən əvəzlik; Şəxssiz əvəzlik; Qayıdış əvəzlikləri; İnkar əvəzlikləri; Sözönü.
	• Saylar: Miqdar sayları, Sıra sayları
	• Feil: Təsirli və təsirsiz feillər; Feilin formaları; Zəif feillərin xüsusi qrupu (qarışıq feillər); Feillərin zaman formaları:
	1. İndiki zaman ;
	2. Keçmiş zaman
	3. Gələcək zaman ;
	Köməkçi feillər; Məsdər, Məsdər qrupları; Feilin idarəsi;
	Feilin məlum və məchul növü; Feilin 3 şəkli (der İndikativ, der Imperativ, der Konjunktiv);Qayıdış feillər; Feili sifətlər
	• Zərf: Əvəzlik zərfləri; Zərflərin növləri (Yer zərfləri,
	Zaman zərfləri, Tərzi hərəkət zərfləri, Səbəb və məqsəd zərfləri)
	• Bağlayıcı: Tabesizlik bağlayıcılar; Tabelilik bağlayıcılar;
	Mürəkkəb bağlayıcılar
	Sintaksis
	• Cümlə - Nəqli cümlə; Sual cümləsi; Əmr cümləsi; Nida cümləsi
	• Mürəkkəb cümlə - Tabesiz mürəkkəb cümlə; Tabeli mürəkkəb cümlə.
	• Tamamlıq budaq cümləsi; Təyin budaq cümləsi; Zaman budaq cümləsi; Yer budaq cümləsi; Səbəb budaq cümləsi;
	Məqsəd budaq cümləsi ; Şərt budaq cümləsi; Nəticə budaq cümləsi ; Güzəşt budaq cümləsi; Tərzi - hərəkət budaq cümlələri
	Fransız dili üzrə məzmun sahələri üzrə mövzular
	Oxuyub-anlama
	• Mətn və ya cümlə qurmaq
	• Cümləni, dialoqu və ya mətni məntiqi sonluqla tamamlamaq
	• Cümləni parafraz etmək
	• Mətnin əsas fikrini, ideyasını tapmaq
	• Mətn əsasında ən uyğun nəticəni seçmək, səbəb-nəticə əlaqəsini müəyyən etmək
	• Mətni sürətli gözdən keçirib, spesifik məlumatı tapmaq
	Leksikologiya
	• Sinonimləri, antonimləri, frazeoloji ifadələri, idiomları və atalar sözlərini mənasına uyğun olaraq, düzgün müəyyən etmək və ya cümlədə istifadə etmək
	• verilmiş vəziyyət üçün düzgün sözü və ya ifadəni istifadə etmək
	• kontekstdən sözü anlamaq və mənasını müəyyən etmək
	• sözləri mənalarına görə fərqləndirmək və ya uyğunlaşdırmaq
	Dil qaydaları
	Morfologiya.
	• Artikllar, hissəvi artikl, ölkələrin adları qarşısında artikl.
	Nəqliyyat vasitələri qarşısında artikl və s.
	• İnkar forması. Sözönü.
	• İsim. İsimlərin quruluşca növləri, ismin kişi, qadın cinsi.
	İsimlərin cəmlənməsi. İsmin uzlaşması.
	• Sifət. Sadə və mürəkkəb, qeyri-müəyyən sifətlər.
	Sinonim, omonim, antonim sifətlər, sifətin dərəcələri, sifətin digər nitq hissələri ilə uzlaşması.
	• Say. Miqdar sayını sıra saylarından fərqləndirmək.
	• Əvəzlik. Əvəzliyin cinsə və kəmiyyətə görə dəyişməsi.
	Vasitəli və vasitəsiz əvəzlik (COD COI)
	• Zərf. Zərflərin quruluşca növləri, zərflərin mənaca növləri, zərfin dərəcələri, sual zərfləri. Cerundif
	• Feil. Felin qeyri-müəyyən forması (məsdər). Köməkçi və yarım-köməkçi feillər. İndiki zaman, Keçmiş ZamanlarPassé Composé, İmparfait, Subjonctif, Plus que Parfait,
	Gələcək zamanlar-Future Proche, Future Simple, Future dans le Passé və s. formalar. Feil qrupları, felin quruluşca növləri, təsirli və təsirsiz fellər, qayıdış feilləri, feilin əmr forması.
	Sintaksis
	• Məntiqi vurğu. Cümlə. Sadə və mürəkkəb cümlə.
	• Cümlənin əsas və ikincidərəcəli üzvləri.
	• Sual, ümumi və xüsusi suallar
	• İnkar, qəti- inkar ifadələri
 				
                
                
                
         	
                                             
              




