Tacikistan Respublikası 2024-2025-ci tədris il üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, proqrama qəbul “Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında əməkdaşlığa dair imzalanmış protokol”a uyğun olaraq aparılır. 
 
Bakalavriat, magistratura və doktorantura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dili tacik, rus və ingilis dilidir.
 
Təqaüd proqramına müraciət üçün son tarix 15 iyundur.
 
Proqram barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.