Məlum olduğu kimi, bu il ümumi təhsil müəssisələrində çalışan riyaziyyat fənn müəllimləri də sertifikatlaşdırmaya cəlb olunacaqlar.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Təhsil İnstitutunun hazırladığı "Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsi"nə əsasən, test imtahanı mərhələsində riyaziyyat fənn müəllimlərinə 6 sual ədədi əməllər, 22 sual cəbr və funksiyalar, 16 sual həndəsə və ölçmə, 6 sual isə statistika və ehtimal mövzusu üzrə salınacaq. Ümumilikdə ixtisas üzrə 50, metodika və pedaqogika üzrə 10 sual olacaq. 
 
Məzmun sahələri üzrə mövzular aşağıdakılardır:
 
Ədədlər və əməllər
* Həqiqi ədədlər və onlar üzərində əməllər
* Kompleks ədədlər və onlar üzərində əməllər
* Nisbət, tənasüb, faiz
* Çoxluqlar və birləşmələr nəzəriyyəsi
 
Cəbr və funksiyalar
* Rasional ifadələr
* Çoxhədlilər və onlar üzərində əməllər
* İrrasional ifadələr və həqiqi üstlü qüvvət
* Tənliklər, tənliklər sistemi. Tənlik qurmaqla məsələ həlli
* Bərabərsizliklər, bərabərsizliklər sistemi və bərabərsizliklər heyəti
* Ədədi ardıcıllıqlar. Silsilələr
* Funksiyalar və qrafiklər
Triqonometrik funksiyalar, triqonometrik tənliklər və triqonometrik bərabərsizliklər
* Üstlü və loqarifmik ifadələr.Üstlü və loqarifmik funksiyalar. Üstlü və loqarifmik tənliklər. Üstlü və loqarifmik tənliklər sistemi. Üstlü və loqarifmik bərabərsizliklər. Üstlü və loqarifmik bərabərsizliklər sistemi
* Limit
* Törəmə və onun tətbiqləri
* İbtidai funksiya və qeyri-müəyyən inteqral.
* Müəyyən inteqral və onun tətbiqi
 
Həndəsə və ölçmə
* Sadə həndəsi fiqurlar
* Üçbucaqlar
* Qabarıq çoxbucaqlılar, qabarıq dördbucaqlılar
* Çevrə və dairə
* Müstəvi fiqurlarının sahəsi
* Müstəvidə və fəzada koordinatlar üsulu. Hərəkət və oxşarlıq. Vektorlar
* Fəzada düz xətt və müstəvilərin qarşılıqlı vəziyyəti
* Çoxüzlülər, onların səthinin sahəsi və həcmi
* Fırlanma cisimləri, onların səthinin sahəsi və həcmi
* Fəza fiqurlarının kombinasiyaları və müstəvi kəsikləri
 
Statistika və ehtimal
* Statistikanın elementləri
* Hadisənin ehtimalı
 
Qeyd edək ki, ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində keçiriləcək.