Xəbər verdiyimiz kimi, ötən il keçirilmiş sertifikatlaşdırma imtahanında uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması 8 iyun tarixində baş tutacaq. Təkrar sertifikatlaşdırmada ötənilki imtahanda uğur qazanmamış Azərbaycan dili və ədəbiyyat müəllimləri də iştirak edəcəklər.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, Təhsil İnstitutunun hazırladığı "Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsinin qiymətləndirmə çərçivəsi"nə əsasən test imtahanında Azərbaycan dili və ədəbiyyat fənnindən oxu üzrə 8, yazı mövzusunda 3, dil qaydaları barədə 19, ədəbiyyat və həyat həqiqətləri mövzusu üzrə isə 20 sual salınacaq.
 
Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün sertifikatlaşdırma testlərinin hansı mövzular əsasında hazırlandığını təqdim edirik:
 
Oxu
Mətn üzrə fəaliyyətlər
Mətnin xüsusiyyətlərinin müəyyən edilməsi
Mətnin tərkib hissələrinin (giriş, əsas hissə, nəticə) müəyyən edilməsi
Kontekstə əsasən söz və ifadələrin mənasının müəyyən edilməsi
Mətnin üslubuna görə fərqləndirilməsi
Mətnin üslub və struktur xüsusiyyətlərinə görə təhlil edilməsi
Mövzu və ideyanın müəyyən edilməsi
Səbəb-nəticə əlaqələrinin müəyyən edilməsi
Mətndə problemin müəyyən edilməsi
Mətn tiplərinin (nəqli, təsviri, mühakimə) müəyyən edilməsi
Obrazların səciyyələndirilməsi
 
Yazı
Durğu işarələrinin işlənmə qaydası
Plan tərtib edilməsi
Əməli yazılar (ərizə, tərcümeyi-hal, akt, məktub və s.)
Ədəbi dilin normalarının (nitq mədəniyyətinin) yoxlanılması
Ədəbi dilin üslublarının yoxlanması
 
Dil qaydaları
Fonetika
 
Saitlərin, samitlərin yazılışı və tələffüzü
Sözün hərf və səs tərkibi
Ahəng qanunu
Heca
Vurğu
Fonetik təhlil
 
Leksika
Sözün leksik və qrammatik mənası
Sözün həqiqi və məcazi mənası
Çoxmənalı sözlər
Omonimlər
Sinonimlər
Antonimlər
Frazeoloji birləşmələr
Terminlər
Leksik təhlil
 
Söz yaradıcılığı
Kök və şəkilçi
Sözün quruluşca növləri (Bütün nitq hissələrini əhatə edir)
Mürəkkəb sözlərin yaranma yolları və orfoqrafiyası
Sözün başlanğıc forması
Sözün tərkibinə görə təhlili
 
Morfologiya
Əsas nitq hissələri:
İsim. İsmin quruluşca növləri. İsmin qrammatik kateqoriyaları: hal, mənsubiyyət, şəxs (xəbərlik), kəmiyyət. Ümumi və xüsusi isimlər. Konkret və mücərrəd isimlər. İsmin atributivləşməsi. İsmin sintaktik vəzifələri.
Sifət. Sifətin quruluşca növləri. Sifətin spesifik xüsusiyyətləri: əlamət və keyfiyyət bildirməsi. Sifətin müqayisə dərəcələri. Sifətin substantivləşməsi. Sifətin sintaktik vəzifələri.
Say. Sayın quruluşca növləri. Sayın mənaca növləri. Sayın substantivləşməsi. Sayın orfoqrafiyası. Sayın sintaktik vəzifələri.
Əvəzlik. Əvəzliyin quruluşca növləri. Əvəzliyin mənaca növləri. Əvəzliyin sintaktik vəzifələri.
Feil. Hərəkətin obyekti və subyekti. Feilin quruluşca növləri. Təsdiq və inkar feillər. Təsirli və təsirsiz feillər. Feilin qrammatik məna növləri. Təsriflənən - şəxsə və kəmiyyətə görə dəyişməsi (feilin şəkilləri), təsriflənməyən feillər. Feilin sintaktik vəzifələri. İdi, imiş, isə hissəciklərinin sözlərə qoşulması. Feilin sintaktik vəzifəsi.
Zərf. Zərfin quruluşca növləri. Zərfin mənaca növləri. Zərfin sintaktik vəzifələri.
 
Köməkçi nitq hissələri:
Qoşma. Qoşmanın mənaca növləri. Qoşmanın orfoqrafiyası. Qoşmalarda yerinə görə durğu işarələrinin işlənməsi. Qoşmanın sintaktik vəzifələri.
Bağlayıcı. Bağlayıcının quruluşca növləri. Bağlayıcının mənaca növləri. Bağlayıcılara aid durğu işarələrinin işlənməsi. Bağlayıcının cümlədə rolu.
Ədat. Ədatın quruluşca növləri. Ədatın mənaca növləri. Ədatın orfoqrafiyası. Ədata aid durğu işarələrinin işlənməsi. Ədatın cümlədə rolu.
Modal sözlər. Modal sözlərin quruluşca növləri. Modal sözlərin mənaca növləri. Modal sözlərə aid durğu işarələrinin işlənməsi. Modal sözlərin cümlədə rolu.
Nida. Nidanın quruluşca növləri. Nidaların orfoqrafiyası. Nidanın cümlədə rolu.
Yerinə görə nitq hissələrinin bir-biri ilə oxşarlığı
Sözün morfoloji təhlili
 
Sintaksis
Söz birləşmələri. Söz birləşmələrinin növləri. İsmi birləşmələr (təyini söz birləşmələri, təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr). Mürəkkəb adlar. Feili birləşmələr.
Sintaktik əlaqələr. Sintaktik əlaqələrin növləri: tabesizlik əlaqəsi, tabelilik əlaqələri (uzlaşma, idarə, yanaşma). Tabelilik əlaqələrinin göstəriciləri.
Cümlə üzvləri. Cümlənin baş üzvləri. Mübtəda. Mübtədanın spesifik xüsusiyyətləri. Mübtədanın ifadə vasitələri. Xəbər. Xəbərin spesifik xüsusiyyətləri. Xəbərin ifadə vasitələri.
Cümlənin ikincidərəcəli üzvləri. Tamamlıq. Təyin. Zərflik. İkincidərəcəli üzvlərin spesifik xüsusiyyətləri. Cümlənin ikincidərəcəli üzvlərinin ifadə vasitələri.
Həmcins üzvlər. Həmcins üzvlərdə ümumiləşdirici sözlər. Ümumiləşdirici sözlərə və həmcins üzvlərə aid durğu işarələrinin işlənməsi.
Cümlədə söz sırası. Əlavələr. Xitab. Ara sözlər. Əlavələr, xitab, ara sözlərə aid durğu işarələrinin işlənməsi.
Cümlə. Söz-cümlə. Məqsəd və intonasiyaya görə cümlənin növləri.
Şəxsə görə sadə cümlənin növləri. (Müəyyən şəxsli cümlə. Qeyri-müəyyən şəxsli cümlə. Ümumi şəxsli cümlə. Şəxssiz cümlə. Adlıq cümlə)
Cümlənin quruluşca növləri. Sadə cümlə. Mürəkkəb cümlə. Mürəkkəb cümlənin növləri: tabesiz və tabeli mürəkkəb cümlə. Tabeli mürəkkəb cümlədə budaq cümlənin növləri. Tabeli mürəkkəb cümlənin komponentlərinin əlaqələndirmə vasitələri.
Vasitəsiz nitq. Vasitəsiz nitqdə durğu işarələri. Vasitəli nitq.
Sintaktik təhlil
Yazının növləri
 
Azərbaycan şifahi xalq ədəbiyyatı
Əfzələddin Xaqani Şirvani. “Gənclərə nəsihət” əsəri
“Kitabi-Dədə Qorqud” eposu. “Basatın Təpəgözü öldürdüyü boy”. “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”. “Salur Qazanın evinin yağmalandığı boy”
Nizami Gəncəvi. “Sultan Səncər və qarı” əsəri. “Yaralı bir uşağın dastanı” əsəri. “İskəndərnamə” poeması
İmadəddin Nəsimi. “Sığmazam” qəzəli. “Ağrımaz” qəzəli
Şah İsmayıl Xətayi. “Bahariyyə” (“Dəhnamə” poemasından) . “Dəhnamə” poeması Məhəmməd Füzuli. “Söz”, “Məni candan usandırdı...” qəzəli. “Leyli və Məcnun” poeması
“Koroğlu” eposu. “Düratın itməyi” qolu. “Durna teli” qolu. “Koroğlu ilə Bolu bəy” qolu. “Həmzənin Qıratı qaçırması” qolu
Molla Pənah Vaqif. “Hayıf ki, yoxdur” qoşması. “Pəri” qoşması
Abbasqulu ağa Bakıxanov. “Hikmətin fəziləti” mənzum hekayəsi
Qasım bəy Zakir. “Durnalar” qoşması. “Badi-səba, mənim dərdi-dilimi...” qoşması.
Mirzə Fətəli Axundzadə. “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah caduküni- məşhur” komediyası. “Aldanmış kəvakib” povesti Aşıq Ələsgər. “Dağlar” rədifli qoşmalar
Seyid Əzim Şirvani. “Qafqaz müsəlmanlarına xitab” şeiri. “Guş qıl...” müxəmməsi
Nəcəf bəy Vəzirov. “Müsibəti-Fəxrəddin” faciəsi Süleyman Sani Axundov. “Nurəddin” hekayəsi Əbdürrəhim bəy Haqverdiyev. “Bomba” əsəri Məhəmməd Hadi. “Türkün nəğməsi” şeiri
Cəlil Məmmədquluzadə. “Qurbanəli bəy” əsəri. “Anamın kitabı” tragikomediyası
Mirzə Ələkbər Sabir. “Əkinçi” satirası. “Neylərdin, ilahi?!” satirası
Hüseyn Cavid. “Ana” faciəsi. “İblis” faciəsi Əhməd Cavad. “Azərbaycan bayrağına” şeiri. “Səsli qız” poeması
Cəfər Cabbarlı. “Ana”şeiri. “Oqtay Eloğlu” faciəsi
Y. V. Çəmənzəminli. “Zeybək qızı” hekayəsi
Abdulla Şaiq. “Anabacı” hekayəsi
Almas İldırım. “Əsir Azərbaycanım” şeiri Mikayıl Müşfiq. “Yağış yağarkən” şeiri. “Həyat sevgisi” şeiri
Məhəmmədhüseyn Şəhriyar. “Heydərbabaya salam” poeması. “Türkün dili” şeiri
Süleyman Rüstəm. “Təbrizim” şeiri
Mirmehdi Seyidzadə. “Əqrəb və Çanaqlı bağa” təmsili
Cabir Novruz. “Mən bizim anaları Günəşlə tən tuturam” şeiri
Mirzə İbrahimov. “Azad” hekayəsi. “Gələcək gün” romanı
Hikmət Ziya. “Kərgədan və Qarışqa” təmsili
Əliağa Kürçaylı. “Qaranquş” şeiri
Səməd Vurğun. “Azərbaycan” şeiri. “Ananın öyüdü” şeiri. “Vaqif ” dramı
Rəsul Rza. “Çinar ömrü” şeiri. “Qızılgül olmayaydı...” poeması
Mir Cəlal. “Bahar” (“Bir gəncin manifesti” romanından parça). “Açıq kitab” romanı İsa Hüseynov. “Zəhər” hekayəsi
Məmməd Araz. “Azərbaycan – dünyam mənim” şeiri. “Əsgər məktubu” şeiri
Əli Kərim. “Qaytar ana borcunu” şeiri Anar. “Keçən ilin son gecəsi” pyesi Elçin. “Talvar” hekayəsi
Sabir Əhmədli. “Dərs” hekayəsi
İlyas Əfəndiyev. “Xurşidbanu Natəvan” dramı İsmayil Şıxlı. “Namərd gülləsi” hekayəsi. “Dəli Kür” romanı
Xəlil Rza Ulutürk. “Qaytar mənim qüdrətimi, Azərbaycan!” şeiri
Fikrət Qoca. “Şuşa” şeiri
Qılman İlkin. “İntiqam” hekayəsi
Bəxtiyar Vahabzadə. “İstiqlal” poeması. “Şəhidlər” poeması
İvan Krılov. “Ağac” təmsili
Ernest Heminquey. “Qoca və dəniz” povesti
M. A. Ərsoy. “İstiqlal marşı” əsəri
Çingiz Aytmatov. Manqurt (“Gün var əsrə bərabər” romanından). “Gün var əsrə bərabər” romanı
 
Mövzulararası əlaqə Ədəbiyyat nəzəriyyəsi
Nəzm və nəsr
Azərbaycan şeirində vəznlər
Yazılı ədəbiyyatda ədəbi növlər və janrlar
Bədii əsərdə həyat hadisələrini əksetdirmə üsulları
Bədii gülüş
Bədii əsərin quruluşu. Süjet və kompozisiya
Bədii əsərin dili. Bədii təsvir və ifadə vasitələri