İqlim dəyişiklikləri ilə bağlı məlumatlılığın artırılması vacibdir.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda keçirilən konfransda deyib.
 
O, bildirib ki, bu il Azərbaycan məktəblərində COP28-dən öyrənilən dərslərin tətbiqi istiqamətində işlər görülür. Böyük iqtisadiyyatı olan ölkələrin bu prosesə qoşulması vacibdir. Ətraf mühitlə bağlı savadlılıq davranışlara da təsir edir. 
 
“COP29-un Bakıda keçirilməsi Azərbaycana olan marağı əsaslı şəkildə artırıb. Biz bu imkandan faydalanmalıyıq. Dünya ilə ünsiyyətdə düzgün məsələlərə fokuslanmaq lazımdır. Elə mövzulara diqqət etməliyik ki, o məsələlər Azərbaycan təhsilinə müsbət istiqamətdə öz təsirini göstərsin”, - deyə nazir qeyd edib.