17 may 2024-cü il tarixində Kimya-biologiya təmayüllü Respublika liseyində Yeniyetmələrin 28-ci Balkan Riyaziyyat Olimpiadasına (JBMO) seçmə imtahanı təşkil olunub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, seçmə imtahanı nəticəsində olimpiadada ölkəmizi təmsil edəcək milli komanda üzvləri məlum olub.
 
Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin IX sinif şagirdi Zəhra İbişova, Şəki şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin VII sinif şagirdli Turan Musayev, Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın IX sinif şagirdi Davud Tarverdili, Bakı şəhəri, Kimya-biologiya təmayüllü Respublika liseyinin IX sinif şagirdi Rəfiqə Qəmbərova, Bakı şəhəri, Fizika riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdləri Tural Müseyibzadə və Fərhad Hüseynov olmaqla ümumilikdə 6 nəfər şagird ölkəmizi təmsil edəcək.