Bakı Ali Neft Məktəbi (BANM) ilə Buxarest Universiteti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. 
 
BANM-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, sənədi ali məktəbin rektoru Elmar Qasımov və Qara Dəniz Universitetləri Şəbəkəsinin Prezidenti və Buxarest Universitetinin rektoru Marian Preda imzalayıblar.
 
Anlaşma Memorandumunda professor-müəllim heyəti, tələbə mübadiləsi, birgə tədqiqat fəaliyyətləri, seminarlarda və akademik görüşlərdə iştirak, tədris vəsaitləri və digər informasiya materiallarının mübadiləsi, eyni zamanda qısa müddətli xüsusi akademik proqramların icrası da nəzərdə tutulur.