2023-cü ildə peşə təhsili üzrə ayrılmış vəsait 57,9 milyon manat (icra 100 faiz) təşkil edib.
 
"Azərbaycan müəllimi" APA-ya istinadən xəbər verir ki, bu Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatda öz əksini tapıb.
 
Hesabata əsasən, həmin vəsait 85 peşə təhsili müəssisəsində çalışan 5179 nəfər işçinin (o cümlədən 3155 nəfər müəllim) əməkhaqqılarının və digər xərclərinin ödənilməsinə yönəldilib.
 
Orta ixtisas təhsili üzrə 69,1 milyon manat ayrılıb və tam icra edilib ki, bunun hesabına 35 orta ixtisas təhsili müəssisəsində çalışan 6831 işçinin (o cümlədən 4601 müəllim) əməkhaqqılarının və digər xərclərin ödənilməsi təmin edilib.