Elm və Təhsil Nazirliyi, tabe qurumlarının əməkdaşlarının davamlı inkişafının təmin edilməsi, müasir çağırışlara hazır olan kadrların yetişdirilməsi məqsədilə “Danışır təcrübə” layihəsi həyata keçirilir. 
 
 
Layihənin budəfəki qonağı millət vəkili Kamal Cəfərov olub. Kamal Cəfərov “Antikorrupsiya davranış modeli” mövzusunda çıxış edib. 
 
 
Kamal Cəfərov çıxışında korrupsiya ilə mübarizə sahəsində məlumatlılığın artırılması, bu mübarizənin davamlılığı və korrupsiyanın qarşısının alınması ilə bağlı effektiv mexanizmlərin tətbiqindən danışıb. 
 
 
Qeyd edək ki, “Danışır təcrübə” layihəsi çərçivəsində müntəzəm şəkildə görüşlərin təşkili nəzərdə tutulur.