Tədris aparılmalı olduğu üçün boş qalan yer olmur, lakin istədiyimiz keyfiyyətli tədrisin aparılmadığı məktəblər və ixtisaslar üzrə 200-ə yaxın yer var.
 
Bu barədə “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
 
Bildirilib ki, ötən ilin ən çox boş qalan vakant yerləri qida sahəsi (aşpaz, qənnadıçı özəlliklə regionlarda), avtomobil, elektrik və dülgərlik ixtisasları üzrə olub.