Bizim bir neçə kollecimiz var ki, işğal zamanı köçürülmüşdü.
 
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.
 
O qeyd edib ki, onların sayı 3-dür.
 
"Yanaşma kolleclərin birdən-birə köçürülməsi deyil. Təkliflərimiz arasında bu istiqamət də nəzərə alınıb. Lakin hansı prizmada olacağını indidən demək doğru olmaz. Ola bilər Qarabağ Universiteti nəzdində kollec yaradılsın, ola bilər, müstəqil fəaliyyət göstərsin, ola bilər ixtisaslar dəyişdirilməklə yaradılsın və s. və i. Lakin işğaldan azad edilmiş ərazilərimizdə peşə məktəblərimiz də, orta ixtisas müəssisələrimiz də olacaq", - deyə direktor qeyd edib.