Bu il tələbə transferləri yeni qaydalarla aparılacaq.
 
Bunu "Azərbaycan müəllimi"nə müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.
 
O bildirib ki, transfer pəncərəsi yay aylarında açılacaq.
 
"Bizim üçün həm maraqlı, həm də çətin il olacaq. Çünki ilk dəfədir prosesi universitetlərin öhdəliyinə buraxmışıq. Prosesdə həm tələbəni ötürən, həm də qəbul edən tərəf iştirak edəcək. Biz isə daha çox müşahidəçi və tənzimləyici rolda çıxış edəcəyik" - deyə o qeyd edib.