Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı PISA-nın 2029-cu ildə keçiriləcək tədqiqatı üçün strateji məqsəd PISA 2018 nəticələrimizi burada orta hesabla 20 bal artırmaqdır.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitutunun şöbə müdiri İbrahim Baxışlı bu gün Bakıda keçirilən PISA üzrə II ICESCO Nazirlər Konfransında təqdimatında qeyd edib.
 
İ.Baxışlı qeyd edib ki, bu, ümumi təhsildə siyasət dəyişikliklərinin effektivliyi üçün ölçü kimi də istifadə olunacaq.
 
Məlumat üçün bildirək ki, PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 85-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur.