7 may 2024-cü il tarixində Avropa hotelində Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin riyaziyyat fənni üzrə final turu keçirilir.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsil İnstitutundan bildirilib. Məlumat verilib ki, final turunda 134 nəfər şagird iştirak edir.
 
Nəticələr portal.edu.az platforması vasitəsilə elan ediləcək.
 
Qeyd edək ki, Respublika Fənn Olimpiadaları "Kapital Bank"ın dəstəyi ilə həyata keçirilir.