Sabahdan tədrisi digər dillərdə olan bölmələr üçün birinci siniflərə qəbulun müsahibə mərhələsinə başlanılacaq.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, müsahibələr 30 maya qədər aparılacaq. Müsahibələrin təşkili uşaqların həmin bölmələrə qəbulunda obyektivliyi təmin etmək məqsədi daşıyır.
 
Tədris digər dillərdə aparılan bölmələr üçün məktəb və müəllim seçimi isə 12 iyun-13 sentyabr tarixlərini əhatə edəcək.