ADA Universitetinin mütəxəssisləri tərəfindən SABAH qruplarının professor-müəllim heyəti üçün "Elmi tədqiqatın strukturu, məzmunu və aparılması" mövzusunda təlimlər keçirilib.
Təlimin təltifetmə mərasimində çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova ali təhsil müəssisələrində çalışan professor-müəllim heyəti üçün elmi tədqiqat və araşdırmaların önəmindən bəhs edib. ADA Universitetinin Strategiya və inkişaf üzrə prorektoru Vəfa Kazdal öz çıxışında ADA universiteti və SABAH qrupları layihəsi arasındakı ənənəvi əməkdaşlığı yüksək qiymətləndirib.
Daha sonra təlimlərdə iştirak etmiş müəllimlərə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, iki gün ərzində keçirilən distant təlimlərdə SABAH qruplarında tədris aparan 100-ə yaxın müəllim iştirak edib.