Qarabağ Universiteti yaxın vaxtlarda tam hazır vəziyyətə gətiriləcək.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu “Xəzər Xəbər”ə açıqlamasında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.
 
O bildirib ki, Xankəndi şəhərində tələbələrlə yanaşı, müəllimlər üçün də yataqxana fəaliyyət göstərəcək və yataqxanada qalanlara müəyyən güzəştlər ediləcək.
 
Agentlik direktoru deyib ki, Qarabağ Universitetində keyfiyyətli təhsil üçün bütün imkanlar yaradılacaq. Ali təhsil müəssisəsində əsasən prestijli ixtisasların tədrisinə üstünlük veriləcək. İxtisasların sayı ildən ilə artırılacaq.
 
Ülkər Səttarova tələbələrin Xankəndi şəhərinə necə gedib-gələcəyindən də danışıb. Direktor əlavə edib ki, Qarabağ Universitetində işləyəcək müəllim heyətinin seçimi ilə bağlı müzakirələr aparılır.