16 aprel-2 may tarixlərində ADA Universitetində "Karyera hazırlığı həftəsi" çərçivəsində təşkil olunan 12-ci karyera sərgisi başa çatıb. 

 

"Azərbaycan müəllimi" xəbər verir ki, sərgi "İstedadlarla karyera yolları arasında körpü" devizi altında təşkil olunub. 

 

Sərgidə 137 şirkət və təşkilat iştirak edib. Şirkətlərin əməkdaşları tərəfindən tələbə və məzunlara  iş imkanları, karyera perspektivləri barədə məlumat verilib, təcrübə mübadiləsi aparılıb.

 

Qeyd edək ki, sərgi Azərbaycan Beynəlxalq Bankının tərəfdaşlığı və ADA Universiteti Fondunun dəstəyi ilə həyata keçirilib.