Metodist olmaq istəyən 882 müəllim qeydiyyatdan keçib.
Bu barədə Təhsil İnstitutunun (ARTİ) Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova “Azərbaycan müəllimi" qəzetinə müsahibəsində məlumat verib.
O bildirib ki, qeydiyyat prosesi aprelin 30-da başa çatıb.
"Bundan sonrakı mərhələdə müsahibələr təşkil ediləcək, uğur qazananlar təlimlərdən keçiriləcəklər” - deyə ARTİ-nin şöbə müdiri vurğulayıb.
Ruhiyyə DAŞSALAHLI