Metodbirləşmə rəhbəri fənn və müvafiq bölmə üzrə metodiki, pedaqoji fəaliyyətin əsas təşkilatçısı olduğundan, onların seçiminə ciddi önəm verilməlidir.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi sosial şəbəkələrdə "1 sual, 1 cavab" rubrikasında metodbirləşmə rəhbəri seçimində əsas hesab edilən meyarları paylaşıb.

 

Belə ki, metodbirləşmə rəhbəri olmaq üçün əsas hesab olunan meyarlar aşağıdakılardır:

 

  • Pedaqoji sahədə ali təhsil;
  • Minimum 3 il davamlı pedaqoji iş stajı;
  • Müəllimlər və şagirdlər arasında peşəkar nüfuza sahib olmaq, liderlik və effektiv ünsiyyət səriştələri;
  • Tədris etdiyi fənn üzrə yüksək akademik biliklərə sahib olmaq;
  • Metodiki innovasiyaları araşdırmaq və onlardan istifadə səriştələri;
  • İnformasiya-kommunikasiya texnologiyalarından istifadə səriştələri;
  • Metodiki, tədris, qiymətləndirmə resursları və təlim materialları hazırlama səriştələri.