SABAH qruplarında magistratura səviyyəsi üçün Menecment ixtisasının “Menecment (Ali təhsilin təşkili və idarə olunması)” ixtisaslaşması üzrə Təhsil Proqramının təkmilləşdirilməsi məqsədilə ekspert komissiyası öz işinə başlayıb.
Bu barədə “Azərbaycan müəllimi”nə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Agentlikdə bununla əlaqədar ilk görüş keçirilib və tədrisin keyfiyyətinin, məzmun zənginliyinin artırılması mövzusunda müzakirələr aparılıb.