1 may 2024-cü il tarixində Avropa hotelində fizika və tarix fənləri üzrə Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin final turu keçirilir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, fizika fənni üzrə 123, tarix fənni üzrə 139, ümumilikdə isə 262 şagird imtahanda iştirak edir. Nəticələr arti.edu.az saytı vasitəsilə elan ediləcək.
 
Qeyd edək ki, Respublika Fənn Olimpiadaları Kapital Bankın dəstəyi ilə həyata keçirilir.