Bakı Dövlət Universitetində (BDU) Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyi ilə aprelin 30-dan mayın 1-dək Karyera Festivalı keçirilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, BDU-nun 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalında ölkəmizin nüfuzlu 105 şirkəti BDU-nun tələbə və məzunlarına 1245 vakansiya, 98 təcrübə, 9 təqaüd proqramı təqdim edir.
Qeyd edək ki, festivalın keçirilməsində məqsəd tələbə və məzunların əmək bazarına çıxışını asanlaşdırmaq, işəgötürənlərlə əlaqələrin qurulmasını təmin etməkdir. Tədbirin ikinci günündə müxtəlif mövzularda vörkşop və panel müzakirələr keçiriləcək.