“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən dövlət ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə dövlət məktəbəhazırlıq qruplarında və ibtidai siniflərində əlavə yaz tətili başlayır.
Bu barədə "Azərbaycan müəllimi"nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) bildirilib.
Məlumatda qeyd olunub ki, tətildən sonra ilk dərs günü 6 may tarixində olacaq.