28 aprel 2024-cü il tarixində ADA Universiteti və Bakı Ali Neft Məktəbində informatika fənni üzrə Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin final turu keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, aşağı yaş qrupu üzrə yarışda iştirak edən 78 nəfər şagirdə 5 alqoritmik məsələ və 4 saat vaxt, yuxarı yaş qrupu üzrə yarışda iştirak edən 61 nəfər şagirdə isə 5 alqoritmik məsələ və 5 saat vaxt verilib. Qaydalara əsasən, hər iki yaş qrupu üzrə 1-5-ci yerlər və 5-ci yer ilə eyni nəticəni göstərən şagirdlər qızıl medal, 6-15-ci yerlər və 15-ci yer ilə eyni nəticəni göstərən şagirdlər gümüş medal, 16-30-cu yer və 30-cu yer ilə eyni nəticəni göstərən şagird isə bürünc medal qazanıb.
Qeyd edək ki, Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.
RFO-nun informatika fənni üzrə final turunun nəticələri