Paytaxt məktəbliləri arasında 9 noyabr-Dövlət Bayrağı Günü ilə əlaqədar bədii qiraət, inşa yazı və rəsm müsabiqələri keçirilib.

 

“Mənim bayrağım” adlı müsabiqələrin təşkil olunmasının əsas məqsədi məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, şagirdlərin yaradıcı qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaqdan ibarətdir.

 

Xəzər rayonu üzrə ümumi təhsil məktəblərinin şagirdləri arasında keçirilən müsabiqələrin nəticələrinə əsasən, bədii qiraət müsabiqəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 26 nömrəli tam orta məktəbin şagirdi I, 125 nömrəli tam orta məktəbin şagirdi II, 234 nömrəli tam orta məktəbin şagirdi III yerə layiq görülüb. İnşa yazı müsabiqəsinin nəticələrinə əsasən, 322 nömrəli tam orta məktəbin şagirdi I, 124 nömrəli tam orta məktəbin şagirdi II, 326 nömrəli tam orta məktəbin şagirdi III yeri tutub. Rəsm müsabiqəsinin nəticələrinə görə 26 nömrəli tam orta məktəbin şagirdi I, 156 nömrəli tam orta məktəbin şagirdi II, 241 nömrəli tam orta məktəbin şagirdi isə III yerə layiq görülüb.

 

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.