Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova dünyanın aparıcı elmi-analitika şirkəti olan “Elsevier” korporasiyasının Amsterdamda yerləşən baş ofisində şirkətin rəhbər şəxsləri ilə görüşüb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə “Elsevier” şirkətinin nümayəndələri Azərbaycanda elmi-tədqiqat işlərinə həsr olunmuş və təhlilə əsaslanan təqdimatla çıxış ediblər. Əlavə olaraq, süni intellektdən istifadə etməklə yeni analitik təhlil alətləri təqdim olunub.
 
Görüş Azərbaycanda elmi-tədqiqat işlərinin təşkilinin daha da təkmilləşdirilməsi və beynəlxalq məkana inteqrasiyası üçün mühüm əhəmiyyət kəsb edir. Həmçinin gələcəkdə müvafiq sahədə qərarların qəbul edilməsi baxımından görüş xüsusi önəm daşıyır.