Vaxt keçdikcə imtahan iştirakçılarının bu tip testlərlə işləmə vərdişləri yaxşılaşır, həmçinin ildən-ilə həmin tapşırıqları boş qoyma faizləri də aşağı düşür. 
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə DİM-in 3 və 10 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinə dair açıqladığı statistik məlumatında qeyd olunub.
 
Bildirilib ki, ancaq yenə də yazılı cavab tələb edən tapşırıqların cavablandırılma faizi, xüsusilə riyaziyyat fənni üzrə istənilən səviyyədə deyil.