3 və 10 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinə görə, Elm və Təhsil Nazirliyi tabeli liseylərin və özəl liseylərin şagirdləri (orta bal 205.96) ilk sıralardadır.

 

“Azərbaycan müəllimi” Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, bölgələr arasında ən yüksək nəticəni Sumqayıt (163.22), Naxçıvan  (157.52) və Qubadlı (157.25) rayonunun məktəbləri göstərib.
 
Təhlillər göstərib ki, ənənəvi olaraq imtahan nəticələri yüksək və zəif göstəricilərə malik rayon və məktəblər var: “Məsələn Bakı şəhərinin mərkəzi hissəsini əhatə edən Səbail, Nərimanov, Nəsimi rayonlarında, həmçinin Sumqayıtın şəhər məktəblərində təhsil alan şagirdlər II istiqamət üzrə keçirilən imtahanlarda iştirak ediblər. Həmin məktəblərin şagirdlərinin nəticələri də həmişə daha yüksək olur və bu, təbii olaraq zonalar üzrə hər hansı müqayisə aparıldıqda müəyyən fərqlərin formalaşmasına təsir göstərir”.