Dövlət İmtahan Mərkəzi (DİM) 3 və 10 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələrinə dair bəzi statistik məlumatları açıqlayıb.  
 
“Azərbaycan müəllimi” DİM-ə istinadən xəbər verir ki, buraxılış imtahanında iştirak edən ortastatistik şagird tədris dili fənni üzrə 55.53, riyaziyyat fənni üzrə 34.11, xarici dil fənni üzrə 42.72 bal toplayıb və ümumi balı 132.10-a bərabər olub. Əvvəlki illərlə müqayisədə hər üç fənn, xüsusilə tədris dilli fənni üzrə nəticələrin daha da yaxşılaşdığını müşahidə etmək olar.