Elm və Təhsil Nazirliyinin STEAM Azərbaycan layihəsi tərəfindən təşkil olunan VEX Robotics üzrə ölkə turnirinin qalib komandası ABŞ-nin Texas ştatının Dallas şəhərində keçirilən VEX Robotics üzrə dünya çempionatının final mərhələsində iştirak huququ qazanıb.
“Azərbaycan müəllimi” steam.edu.az -a istinadən xəbər verir ki, ölkəmizi təmsil edən komanda Ginnesin rekordlar kitabına dünyanın ən böyük robototexnika yarışması kimi düşən VEX Robotics üzrə dünya çempionatında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə iştirak edir.